AZ

Anar Əliyevin sədr təyin etdiyi Zəka Mirzəyevdən 589 min manatlıq “alış-veriş”

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən iş fəaliyyətinin təmin olunması məqsədilə dəftərxana ləvazimatlarının satın alınmasına dair tenderin qalibi məlum olub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “A4 Ofis” MMC-dir. Tərəflər arasında 589.516,08 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Alınacaq ləvazimatlar sırasında müxtəlif növ qələmlər (işçi heyəti və rəhbərlik üçün), masaya bərkidilən qələmlər, korrektorlar (ağardıcı), yapışqanlı lentlər, karandaşlar, rəngli texmarkerlər, lövhə markerləri, yazı lövhəsi üçün silgilər, pozanlar, qayçılar, qələm yonanlar və digər zəruri dəftərxana avadanlıqları yer alır.

Bildirək ki, qalib şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi ELŞƏN MƏMMƏDOV ABBASƏLİ OĞLUdur.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Hazırda nazir postunu Anar Əliyev icra edir. Fondun İdarə Heyətinin sədri isə Zəka Mirzəyevdir.

Seçilən
28
1
nocomment.az

2Mənbələr