AZ

Suriya və Türkiyə saziş imzaladı: hərbi əməkdaşlıq

Suriya və Türkiyə Müdafiə Nazirlikləri müdafiə sahəsində yeni əməkdaşlıq sazişi imzalayıblar.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, milli müdafiə naziri Yaşar Güler suriyalı həmkarı Murhif Abu Kasra, Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və kəşfiyyat direktoru Hüseyn əs-Salama ilə görüşüb.

Görüşdə iki ölkə arasında müdafiə və təhlükəsizlik məsələləri, həmçinin regional mövzular müzakirə olunub.

Görüşün sonunda Yaşar Güler və Murhif Abu Kasra hərbi sahədə birgə təlim və məsləhətçiliyi əhatə edən anlaşma memorandumu imzalayıblar.

"Cebheinfo.az" 

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr