AZ

“Rəqib təcrübəlidir, amma biz də nəticə üçün çalışacağıq”

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin “Omoniya” klubu ilə cavab qarşılaşması öncəsi “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev komandasına inamını ifadə edib.

90deqiqe.Az xəbər verir ki, mətbuat konfransında çıxış edən Baxşıyev bildirib ki, doğma meydanda 0:4 hesabı ilə məğlub olsalar da, komanda şəklində daha yaxşı oynamağa qadirdirlər:

“Oyun baxımından daha artığını gözləyirik. Komandamız fərqlidir. Hesabı kənara qoysaq, Bakıda istədiyimiz oyunu göstərə bilmədik. Amma bunlar arxada qaldı. Rəqib təcrübəli, yaxşı təşkilatlanmış komandadır, amma biz də yaxşı nəticə üçün çalışacağıq. Buradakı hava Bakıya bənzəyir, sadəcə rütubət bir qədər çoxdur. Bu isə futbolçular üçün problem yaratmamalıdır”.

Komandanın hücumçusu Çarlz Boli də revanş matçına optimist yanaşır:

“Birinci oyunu unutmuşuq. Sabah daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Oyun çətin olacaq, amma biz hazırıq. Rəqibi yaxşı tanıyırıq, Kiprin ən güclü komandalarından biridir. Yenə də inanıram ki, istəyimizə çatacağıq”.

Xatırladaq ki, cavab görüşü avqustun 14-də Kiprdə keçiriləcək. İlk matçda “Omoniya” səfərdə “Araz-Naxçıvan”ı 4:0 hesabı ilə məğlub edib.

Seçilən
19
50
90deqiqe.az

10Mənbələr