AZ

Kostanyan iranlılarla “Tramp yolu”nu müzakirə etdi

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan avqustun 12-13-də İranda səfərdə olub.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində Kostanyan İranın xarici işlər naziri Seyid Abbas Əraqçi, xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt Rəvançi, Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xarazi və başqaları ilə görüşüb.

Kostanyan İranın təbriklərini və “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişin paraflanmasına dəstəyini, həmçinin iki ölkə arasında münasibətlərin tənzimlənməsinə və regionda sülhün bərqərar olmasına yönəlmiş son nailiyyətləri yüksək qiymətləndirib.

Avqustun 8-də Vaşinqtonda Ermənistan, Azərbaycan və ABŞ liderlərinin imzaladığı birgə bəyannaməyə toxunan Kostanyan vurğulayıb ki, regionun iqtisadi infrastrukturlarının blokadadan çıxarılması prosesi ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə tam hörmət çərçivəsində baş verəcək. Konstruktiv şəraitdə Ermənistan və İranın bu proseslə bağlı mövqeləri ətrafında fikir mübadiləsi aparılıb, daimi dialoqun davam etdirilməsi barədə razılıq əldə olunub.

Seçilən
27
1
bakivaxti.az

10Mənbələr