AZ

Pezeşkiandan Netanyahunun İran xalqına vədinə reaksiya

  İran Prezidenti Məsud Pezeşkian İsrailin Baş naziri Binyamin Netanyahunun vədlərini “boş söz” adlandırıb

Referans xəbər verir ki, bu barədə Pezeşkian sosial şəbəkə hesabında yazıb.

“Qəzza xalqını sudan və yeməkdən məhrum edən rejim İran xalqını su ilə təmin etmək istəyir? Nə boş vədlərdir!”, – deyə İran Prezidenti qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Netanyahu İran xalqına videomüraciət ölkədə hakimiyyət dəyişikliyi müqabilində İranı su ilə təmin etmək vədi verib. O, İslam Respublikasında rəhbərlik dəyişikliyinə səbəb olacaq qiyam müqabilində su böhranının həllində kömək təklif edib.  

Seçilən
51
4
referans.az

6Mənbələr