İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “rossonerlər” “Cenoa”nın müdafiəçisi Koni de Vinteri transfer edib.
23 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. O, “Milan”da 5 nömrəli formanı geyinəcək.
Mətbuatda yayılan məlumatlara əsasən, belçikalı futbolçunun transferi “Milan”a 20 milyon avroya başa gəlib.
De Vinter 2018-ci ilin yayında “Yuventus”un gənclər komandasında çıxış etmək üçün İtaliyaya köçüb. O, Belçika millisində 4 oyun keçirib.
“Milan” yeni mövsümdə ilk rəsmi oyununu avqustun 17-də İtaliya Kubokunda “Bari”yə qarşı keçirəcək.