Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.
Bakues.az-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.
Belə ki hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü M.Quliyevanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.