Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Limon mətbəxdə təkcə yeməklərə dad vermək üçün yox, həm də bir çox praktik məqsədlər üçün istifadə oluna bilər.Milli.Az bunun üçün nümunələri təqdim edir:Qoxu aradan qaldırmaq üçün - Balıq, soğan və ya sarımsaq doğradıqdan sonra əlləri limonla ovmaq qoxunu aparır.Kəsici taxtanı təmizləmək üçün - Taxtanın üzərinə duz səpib yarım limonla ovmaq həm mikrobları öldürür, həm də ləkələri aparır.Soyuducudakı qoxunu götürmək üçün - Bir kasa suya limon dilimləri qoyub soyuducuya yerləşdirmək qoxunu neytrallaşdırır.Qazan və tavalardakı pas və qaralmanı təmizləmək üçün - Limon suyu və çörək sodası qarışığı ilə ovmaq.Meyvə və tərəvəzlərin qaralmasının qarşısını almaq üçün - Kəsilmiş almaları, armudları və avokadonu limonlu suda saxlamaq.Çaydanın içindəki əhəng daşını təmizləmək üçün - Çaydanı su və limon dilimləri ilə qaynatmaq.Yağlı ləkələri aparmaq üçün - Limon suyu yağlı səthləri təmizləməkdə kömək edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.