AZ

Çin Aİ-nin iki maliyyə qurumuna qarşı sanksiyalar tətbiq etdi


Çin hakimiyyəti Aİ-nin anti-Rusiya sanksiyalarına cavab olaraq Avropa İttifaqının iki maliyyə qurumuna məhdudiyyətlər qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Ticarət departamentinin yaydığı bəyanatda qeyd edilib ki, Pekinin əks tədbirləri iki Avropa bankına - “UAB Urbo Bankas” və “AB Mano Bankas”a şamil edilir.
Bu hərəkətlər, qeyd edildiyi kimi, Çinin müvafiq dövlət koordinasiya mexanizminin təsdiqi ilə xarici sanksiyalara qarşı mübarizə haqqında ÇXR qanununa uyğun olaraq həyata keçirilib. Nəticədə, Çin təşkilatları və fiziki şəxslərin Avropa İttifaqının göstərilən maliyyə institutları ilə əməliyyatlar aparmaq və əməkdaşlığı təşviq etmək hüququ yoxdur.
Seçilən
8
2
yeniavaz.com

3Mənbələr