“Aston Villa”nın hücumçusu Leon Beyli karyerasını İtaliyanın “Roma” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, 25 yaşlı futbolçunun xidmətində "canavarlar" maraqlıdır.
Hələlik rəsmi təklif təqdim olunmayıb, lakin “Roma” rəhbərliyi oyunçunun transferi üçün təklif hazırlamağı planlaşdırır.
Futbolçunun icarə əsasında və sonradan daimi keçid hüququ ilə transfer edilə biləcəyi gözlənilir.
Bildirilib ki, 25 yaşlı hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalına görə, Beylin bazar dəyəri 28 milyon avrodur.