Saatlı rayonunda 52 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
Ölkə.az "Medicina"ya istinadən xəbər verir ki, avqustun 13-də səhər saatlarında kənd sakini, 1973-cü il təvəllüdlü Validə Abışova evindəki soyuducudan ərzaq götürmək istəyib. Qadın soyuducunun qapısını açarkən onu cərəyan vurub.
Hadisə zamanı tək olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Qadın cərəyan vurması nəticəsində ölüb.