AZ

iPhone 17 Pro-da mühüm dəyişiklik

Apple iPhone 17 Pro modeli ilə telefon zəngləri zamanı yaranan bağlantı problemlərini aradan qaldıracaq mühüm yeniliyi təqdim etməyə hazırlaşır.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, zəif siqnal və zəng zamanı çətinlikləri aradan qaldırmaq üçün "Apple" üçün iPhone 17 Pro-da antenləri yenidən yerləşdirəcək. Yeni dizaynda, indiki modellərdə kənarlarda görünən anten xətləri əvəzinə, antenlərin arxa kamera modulunun ətrafına yerləşdirilməsi planlaşdırılır. Bu dəyişiklikdə Apple Watch-dan ilham alınıb; həmin cihazda antenlər gövdənin struktur elementlərinə inteqrasiya olunub. Yeni yanaşma həm yan çərçivənin daha təmiz görünməsini təmin edəcək, həm də siqnal performansını yaxşılaşdıracaq.Antennlərin kamera modulu ətrafına yerləşdirilməsi çərçivə materiallarından yaranan paraziti azaldacaq, 5G və Wi-Fi 7 bağlantısını gücləndirəcək. Bu sahə ekranlama və parazitin təsirindən daha az təsirlənir, bu da daha keyfiyyətli zəng və daha stabil əlaqə deməkdir.

Əgər Apple bu dizaynı uğurla həyata keçirsə, digər telefon istehsalçılarının da anten yerləşdirmə strategiyalarını yenidən nəzərdən keçirməsi gözlənilir.

Seçilən
11
1
metbuat.az

2Mənbələr