AZ

İsveçrədə Azərbaycan əleyhinə qətnamə layihəsi rədd edilib

Cenevrə kantonunun parlamentinin bir sıra ermənipərəst üzvü tərəfindən ötən il noyabrın 5-də irəli sürülmüş “Dağlıq Qarabağın ilhaqı və Azərbaycanın siyasi məhbuslarının azadlığa buraxılması” adlı 24.321 saylı qətnamə layihəsi Azərbaycanın İsveçrədəki səfirliyinin apardığı məqsədyönlü fəaliyyət nəticəsində avqustun 11-də bu ölkənin parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının Xarici Əlaqələr Komitəsi tərəfindən rədd edilib. Yeni qərar layihəsi 5 əleyhinə, 4 lehinə və 3 bitərəf səslə komitənin gündəliyindən çıxarılıb.

Qeyd edək ki, İsveçrə parlamentinin yuxarı palatasının Xarici Əlaqələr Komitəsinin mətbuat məlumatında Cenevrə kantonal parlamentinin təxribat xarakterli məlum təşəbbüsünün birtərəfli olduğu, yalnız Azərbaycan tərəfinə tələblər irəli sürdüyü vurğulanıb və bu cür yanaşmaya etiraz ifadə olunub.

 

Seçilən
73
26
xalqqazeti.az

10Mənbələr