ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük Britaniyada bu ilin ilk yarısı 1976-cı ildən bəri ilin ən quraq dövrü olub.
Oxu.Az news.sky.com portalına istinadən xəbər verir ki, ölkənin Ətraf Mühit Agentliyi bildirib.
Agentliyin məlumatına görə, ölkənin 14 regiondan 11-i quraqlıqdan əziyyət çəkib. Su ehtiyatları tükənib və bu, kənd təsərrüfatı məhsulları istehsalına mənfi təsir edib.
Həmçinin qeyd olunub ki, son günlər Britaniyada su anbarlarının doluluq səviyyəsi 67.7%-ə düşüb. Çayların 49%-də isə sululuq normadan aşağıdır.
İngiltərənin şimalındakı Yorkşirdə artıq bağların suvarılması qadağan edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.