Son bir ildə İranda 35 min adam havanın çirkliliyi səbəbindən ölüb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Şəhid Beheşti Tibb Universitetinin Havanın Keyfiyyəti və İqlim Dəyişiklikləri Araşdırma Mərkəzinin direktor müavini Abbas Şahsevəni açıqlama verib.
Qeyd olunur ki, İranda havanın çirklənməsi yüksək qan təzyiqindən sonra ölüm üçün ikinci əsas risk faktorudur. Hava çirklənməsindən ölənlərin sayı siqaretdən ölənlərin sayından daha çoxdur.