AZ

Ukraynaya zəmanət verdi

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp qapalı danışıqlar zamanı ukraynalı həmkarı Volodimir Zelenskiyə və G7 liderlərinə Rusiya lideri Vladimir Putinlə gözlənilən görüşün nəticəsindən asılı olmayaraq Ukraynaya hərbi tədarükün davam etdiriləcəyinə dair zəmanət verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Bildirilib ki, ABŞ lideri müttəfiq ölkələrin Alyaskada “Yalta ssenarisi”nin mümkün təkrarlanması ilə bağlı narahatlıqlarını aradan qaldırmağa çalışıb.

Trampın zəmanətləri Vaşinqton və Moskva arasında birtərəfli razılaşmalardan ehtiyatlanan avropalı tərəfdaşlar arasında gərginliyi azaltmaq cəhdi kimi qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
4
qafqazinfo.az

5Mənbələr