AZ

Bir diş sarımsağı içinə atın - Nə qədər bakteriya varsa öldürür

Unitaza sarımsaq atma üsulu sosial şəbəkələrdə təmizlik üsulu kimi qadınlar arasında müzakirə olunur.

Milli.Az xəbər verir ki, bəzi məişət bloqları bu metodu təbii təmizlik vasitəsi kimi təqdim edir. Deyilənlərə görə sarımsağın tərkibindəki allisin maddəsi antibakterial xüsusiyyətə malikdir və unitazdakı mikrobları azalda bilər. Tövsiyə edilən üsulda bir diş təmizlənmiş sarımsaq axşam unitaza atılır və səhərə qədər saxlanılır, daha sonra su çəkilərək yuyulur.

Mütəxəssislər isə bildirirlər ki, sarımsaq müəyyən bakteriyalara qarşı təsir göstərsə də, bütün mikrobları məhv etmir və pis qoxuların qarşısını tam ala bilmir. Onların sözlərinə görə, bu üsul yalnız köməkçi tədbir kimi istifadə oluna bilər, əsas gigiyena üçün xüsusi təmizləyici vasitələrdən yararlanmaq tövsiyə olunur.

Qeyd edək ki, bu metod sağlamlığa zərər verməsə də, peşəkar təmizlik effektini təmin etmir.

Milli.Az 

Seçilən
6
4
milli.az

10Mənbələr