İsveçrəlilər ABŞ-ın Bernə qarşı tariflər tətbiq etməsi fonunda neytrallıq siyasətinə şübhə etməyə başladılar. Bu barədə “The Wall Street Journal” yazır.
Buna səbəb ABŞ-ın İsveçrəyə münasibətdə tətbiq etdiyi rüsumlar olub.
"Alp ölkəsində bir çoxları indi onların çoxəsrlik neytrallıq və eksklüzivlik modelinin sövdələşmələrə əsaslanan dünya üçün uyğun olub-olmaması ilə maraqlanır", - mesajda deyilir.
İsveçrə parlamentinin deputatı və ölkənin Sosial-Demokrat Partiyasının sədr müavini Con Pult bildirib ki, ölkə artıq bloklar arasında manevr edə bilməz.
Avqustun 7-də İsveçrə hökuməti məlumat verdi ki, Bern idxal rüsumlarını 39% azaltmaq üçün ABŞ ilə ticarət danışıqlarını davam etdirməyi gözləyir.
İsveçrə hazırda ABŞ-a qarşı cavab tədbirlərindən çəkinir, çünki bu cür hərəkətlər "İsveçrə iqtisadiyyatına yalnız əlavə yük qoyacaq".