Pakistan həmişə Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib.
“Report” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin ölkəsinin Müstəqillik Gününün 78-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
O qeyd edib ki, bu ilin may ayında Pakistan silahlı qüvvəıəri Hindistanın hücumuna layiqli cavab verib:
“Hindistanın təxribatına qarşı Pakistanın qəti cavabından sonra gücümüzü hər kəs gördü və bu uğuru Azərbaycan, Pakistan və Türkiyə liderləri həm də Laçında qeyd etdilər. Hörmətli Prezident İlham Əliyevin uzaqgörən siyasəti Qarabağı azad etdi. Ümidliyik ki, bir gün Pakistan da Hindistanın işğal etdiyi əraziləri azad edəcək”.
MƏLUMAT YENİLƏNİR...