1-ci Liqa komandalarından biri olan "Amedspor" hücumçu Mbaye Diaqne ilə müqavilə imzalayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubdan bildirilib ki, oyunçu ilə 2 illik müqavilə imzalanıb.
"Mənim hədəfim ən azı 25 qoldur. Futbol komanda oyunudur, ona görə də bunu heç kim təkbaşına edə bilməz. Komanda yoldaşlarımın, klubumuzun, ən əsası azarkeşlərimizin köməyi ilə buna nail olacam. Mən bura əlimdən gələni etməyə gəlmişəm.".
Fərid
MİA.AZ