AZ

İsrail Qəzza fələstinlilərinin Cənubi Sudana köçürülməsi ilə bağlı danışıqlar aparır

Plan həyata keçərsə, fələstinlilərin insan haqları ilə bağlı narahatlıqlar yarana bilər...

Poliqon xəbər verir ki, İsrail Qəzza zolağındakı fələstinlilərin Cənubi Sudana köçürülməsi imkanlarını müzakirə edir. Bu barədə CNN telekanalı və Associated Press (AP) Agentliyi məlumat yayıb.

AP-nin yazdığına görə, altı mənbə danışıqların faktını təsdiqləyib. Hazırda prosesin hansı mərhələdə olduğu dəqiq bilinmir, lakin plan reallaşacağı təqdirdə, insanların bir müharibə zonasından, harada ki, aclıq təhlükəsi var) digərinə köçürülməsi baş verəcək ki, bu da insan haqları baxımından ciddi narahatlıq doğura bilər.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl ABŞ Prezidenti Donald Trampın Qəzza əhalisinin böyük hissəsinin köçürülməsi ideyasını həyata keçirmək istədiyini bildirib. Netanyahu bunu “könüllü miqrasiya” adlandırır. Məlumatlara görə, İsrail digər Afrika ölkələrinə də oxşar təkliflər verib. Netanyahu i24 telekanalına açıqlamasında “müharibə qanunlarına əsasən düzgün həllin əhalinin çıxmasına icazə vermək, sonra isə orada qalan düşmənə bütün güclə zərbə endirmək” olduğunu söyləyib, lakin Cənubi Sudanı konkret olaraq qeyd etməyib.

CNN yazır ki, belə bir razılaşma Cənubi Sudan üçün İsraillə əlaqələri gücləndirmək imkanı yarada bilər. İsrail isə hazırda Yaxın Şərqdə demək olar ki, mübahisəsiz güc mərkəzi kimi qəbul olunur. Nəşr həmçinin qeyd edir ki, bu addım fevral ayında Qəzza əhalisinin köçürülməsi məsələsini gündəmə gətirən Trampa doğru atılmış potensial addım ola bilər, baxmayaraq ki, Tramp son aylarda bu ideyadan geri çəkilmiş kimi görünür.

Eyni zamanda, İsrail Xarici İşlər Nazirinin müavini Şarren Haskelin yaxın günlərdə Cənubi Sudana səfər edəcəyi bildirilib. Bu, İsrail hökumətinin yüksək səviyyəli rəsmisinin ölkəyə ilk rəsmi səfəri olacaq. Lakin onun köçürülmə məsələsini gündəmə gətirməyi planlaşdırmadığı qeyd olunur.

Cənubi Sudan Xarici İşlər Nazirliyi isə fələstinlilərin köçürülməsi ilə bağlı İsraillə danışıqlar apardıqları barədə xəbərləri əsassız adlandırıb.

Poliqon.info

Seçilən
78
50
poliqon.info

10Mənbələr