AZ

Fransada məşhur pendir markasında ölümcül bakteriya aşkarlandı

Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fransada tanınmış bir pendir markasının məhsulları insan ölümlərinə səbəb olub.

Yenisabah.az xəbər verir ki, ölkənin Səhiyyə Baş İdarəsinin məlumatına görə, “Listeria monocytogenes” bakteriyasına yoluxma nəticəsində 21 nəfər xəstələnib, onlardan 2-si dünyasını dəyişib. Yoluxma halları “Fromagerie Chavegrand” şirkətinin istehsal etdiyi pasterizə olunmuş süddən hazırlanan pendirlərdə aşkarlanıb.

İnfeksiya 18 iyun tarixindən sonra yayılmağa başlayıb. Yoluxanların yaşı 34-95 arası dəyişir. Ölən şəxslərdən birinin əlavə sağlamlıq problemi olduğu bildirilib. Səlahiyyətli qurumlar 23 iyun 2025-dən əvvəl istehsal edilən bütün pendir partiyalarının təcili olaraq yığışdırılmasını qərara alıb. pizza

Mütəxəssislər xüsusilə hamilə qadınlara, yaşlılara və immuniteti zəif olan insanlara bu məhsullardan uzaq durmağı tövsiyə edir. Listeria bakteriyası yüksək hərarət, baş və əzələ ağrısı kimi simptomlara səbəb olur, bəzi hallarda isə ölümcül nəticələnə bilər.

Aytac Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
50
yenisabah.az

10Mənbələr