AZ

Qarabağ ın səfər oyununu izləmək istəyənlər 11 avrosundan keçməlidir

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə keçiriləcək "Ferensvaroş"la (Macarıstan) oyunla bağlı azarkeşlərə müraciət edib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə bildirilib ki, oyunu "Ferencváros Stadion"da izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər sabah saat 12:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq. 

Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "Gate 4"də yerləşən E sektorunun qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti 11 avrodur. Azarkeşlər üçün "Ferencváros Stadion"da 1106 yer ayırılıb.

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən şəxsiyyətini təsdiq edən sənəd üzərinizdə olmalıdır. Vauçerləri biletə dəyişmək üçün kassaların matçın start fitindən 2 saat öncə açılacağı bildirilib.

Qeyd edək ki, "Ferensvaroş" - "Qarabağ" oyunu avqustun 19-u saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
7
sport24.az

10Mənbələr