Ehtiyatda olan polkovnik Rasim İbrahimov vəfat edib.
Ölkə.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
30 ilə yaxın müddətdə Silahlı Qüvvələrdə xidmət etmiş R.İbrahimov 1-ci Ordu Korpusunda və Hərbi Hava Qüvvələrində maliyyə xidməti rəisi vəzifələrini də icra edib.
Mərhumun 3 ildir ki, xəstəlikdən əziyyət çəkirdiyi bildirilib.
Allah rəhmət eləsin.