AZ

Qanunsuz sərnişin daşıdı, həbs edildi – FOTO

Bakıda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü inzibati qaydada həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olaraq həm özünün, həm də daşıdığı sərnişinlərin həyatını ciddi risk altına atan sürücü Ekoloji nəzarət postunda saxlanılıb.

Sürücü Həsənov Əlifağa Aqil oğlu ilə aparılmış profilaktik söhbətdən sonra barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, 20 gün müddətinə inzibati qaydada həbs edilib.


Bizim.Media

Seçilən
14
33
bizim.media

10Mənbələr