AZ

Xocalıda mərmər zavodunda yanğın törədən şəxs saxlanılıb

Xocalı rayon Malıbəyli kəndində avqustun 11-də sökülmüş mərmər zavodunda yanğın hadisəsi törədən şəxs müəyyən olunub.

Far.Az report-a istinadən xəbər verir ki, araşdırmalarla yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Ə. Qasımov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Seçilən
36
33
far.az

10Mənbələr