AZ

Türkiyənin bu aviaşirkəti uçuş zamanı “powerbank”dan istifadəni qadağan etdi

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin “Ajet” aviaşirkəti ölkənin Mülki Aviasiya Baş İdarəsinin tövsiyəsi əsasında təyyarələrdə portativ şarj cihazlarından istifadəni qadağan edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yeni qərar çərçivəsində litium batareyaları 100 vatt/saata qədər olan portativ şarj cihazları (powerbanklar), elektron siqaretlər, ehtiyat batareyalar kabin baqajında aparıla bilər, lakin təyyarədə onlardan istifadə etməyə icazə verilməyəcək.

Qeyd olunub ki, iyulun 29-da İstanbuldan Seula uçan “Asiana Airlines”a məxsus təyyarə Qazaxıstan hava məkanında olarkən bir sərnişinin “powerbank”ı oturacağın arasına düşüb. Cihazı götürmək mümkün olmadığından təyyarə İstanbul hava limanına qayıdıb.

Bunun ardınca, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu verdiyi yazılı açıqlamada bu cür cihazların yaratdığı risklərə toxunub və Mülki Aviasiya Baş İdarəsi vasitəsilə hava yollarına uçuşlarda portativ şarj cihazlarından istifadənin qadağan edilməsini tövsiyə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
5
qafqazinfo.az

6Mənbələr