AZ

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Avqustun 13-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Sherg.az-a  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 102, o cümlədən borclu şəxs qismində axtarışda olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 16 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Seçilən
55
49
sherg.az

10Mənbələr