Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Omoniya" ilə cavab görüşünə çıxacaq "Araz-Naxçıvan" Nikosiyada məşqə çıxıb.
Sportinfo.az xəbər verir ki, təmsilçimiz Elmar Baxşıyevin rəhbərliyi altında ilk məşqini yerinə yetirib.
Bakıda "Omoniya"ya 0:4 uduzan "Araz-Naxçıvan" cavab görüşünə bu gün çıxacaq.
"Omoniya" - "Araz-Naxçıvan" matçına Bakı vaxtı ilə 21:00-da start veriləcək. Oyun "CBC Sport"la canlı yayımlanacaq.