Naxçıvan MR Ali Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərid Rəsulovun barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 21 sentyabr 2024-cü il tarixdə, saat 17:00-da Naxçıvan-Sədərək avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Fərid Rəsulovun etibarnamə ilə idarə etdiyi "Ford Fusion" avtomobili hərəkətdə olarkən VAZ-2106 maşını ilə toqquşub. Nəticədə VAZ-2106-nın sürücüsü Təbriz Fəxrəddin oğlu Məmmədov hadisə yerində ölüb. Avtomobildəki sərnişin Təbriz Yadulla oğlu Əsgərli ağır xəsarət alıb. Həmçinin qəza zamanı Fərid Rəsulov və onun avtomobilindəki sərnişinlər - Elvin Zeynalabdin oğlu Tağıyev və Tayfun Amin oğlu Qulubəyli ciddi xəsarət alıblar.
Cinayət materiallarında qeyd edilib ki, hadisə günü Fərid Rəsulovun toyu olacaqmış. O, həmin gün dostlarını Şərur rayonundakı "Anadolu" restoranından idarə etdiyi maşını ilə götürüb, şəhərə gəlini aparmağa gediblər. Sonra yolda qəza baş verib.
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin hökmü ilə Fərid Rəsulov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta