AZ

Zəvvarları daşıyan avtobus qəzaya düşdü – 4 ölü, xeyli yaralı var

İraqda iranlı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var.

İctimai Rəy APA-ya istinadən bildirir ki, hadisə bu gün Basra-Şalamçe yolunda, Ərbəin dini mərasiminə gedən zəvvarları daşıyan avtobusun iştirakı ilə baş verib.

Qəza nəticəsində 4 nəfər ölüb, 57 nəfər isə xəsarət alıb.

İlkin məlumata görə, avtobusun yolkənarı maneəyə çırpılması nəticəsində qəza baş verib.

Seçilən
7
8
ictimairey.az

10Mənbələr