AZ

ABB kartı olanların NƏZƏRİNƏ

Azərbaycan Beynəlxalq Bankı (ABB) 11 sentyabr 2025-ci ildən etibarən TamKart və Azercell ko-brend kart sahibləri üçün yeni şərtlər tətbiq edəcək.

"Bakuinfo" xəbər verir ki, ölkədaxili bütün kartlara köçürmə və istənilən ATM-dən nağdlaşdırma əməliyyatlarında 3 000 AZN-dək məbləğlər üçün komissiya tutulmayacaq. Lakin bu limiti keçən məbləğlərdə 1% komissiya tətbiq ediləcək. Minimum komissiya haqqı 1 AZN və ya ekvivalent valyutada müəyyən olunub.

Bankın öz kartları və hesabları arasında aparılan köçürmələr limitsiz və komissiyasız qalacaq.

Qeyd edək ki, dəyişikliklər yalnız TamKart və Azercell ko-brend kart sahiblərinə şamil olunur.

Seçilən
1
2
bakuinfo.net

3Mənbələr