AZ

Luis Enrike: “PSJ UEFA Super Kubokuna layiq deyildi”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Super Kuboku uğrunda həlledici oyunda “Tottenhem” üzərində qələbəni şərh edib.

Arena.az məlumat verir ki, Fransa nəhəngi 0:2 hesabından geri-dönüş edərək, oyunu penaltilər silsiləsinə daşıyıb və burada 4:3 hesablı qələbəyə sevinib.

Luis Enrike qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları dilə gətirib:

“Düzünü desəm, biz bu qənimətə layiq deyilik. Biz məşqlərə altı həftə vaxtı olmuş “Tottenhem”lə, məşqlərə altı gün vaxtı olmuş özümüz arasındakı fərqi görürdük. Bu, nəhəng fərqdir. Mən nəticədən məmnunam, amma bu, heç də ədalətli deyil”, – “RMC Sport” dərgisi 55 yaşlı ispan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, PSJ UEFA Super Kubokunu qazanmış ilk fransız klubu olaraq adını tarixə yazıb. Həmçinin bu qələbə PSJ-nin “Tottenhem” üzərində ilk qələbəsi olaraq əlamətdardır.

Seçilən
95
arena.az

1Mənbələr