Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Britaniya hərbi rəhbərliyi Ukraynanın liman və şəhərlərinin müdafiəsi üçün 30 min nəfərlik kontingentin yerləşdirilməsi ideyasından imtina edib. Bunun əvəzinə, döyüş əməliyyatları başa çatdıqdan sonra dəstək qüvvələrinin yerləşdirilməsi planları müzakirə olunur.
Oxu.Az bu barədə "The Times"a istinadən xəbər verir.
Bildirilir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer "daha realist" adlandırdığı missiyanı ABŞ Prezidenti Donald Trampın Avropa liderləri ilə keçirdiyi onlayn konfransın nəticələrinə dair mətbuat brifinqində təqdim edib.
Yeni plan Qərbi Ukrayna üzərində hava təhlükəsizliyinin təmin edilməsini, Ukrayna hərbçilərinin hazırlanmasına dəstəyi və Qara dənizin minalardan təmizlənməsini əhatə edir. Logistika, silahlanma və təlim üzrə ekspertləri əhatə edən Britaniya dəstək qüvvələri cəbhə xəttindəki qoşunların təchizatı ilə məşğul olmayacaq. Onların rolu Ukraynanın quru qoşunlarının bərpası və yenidən təşkilinə kömək etməkdir.
Starmer, həmçinin bildirib ki, Böyük Britaniya Rusiyaya, xüsusən də iqtisadiyyatına təzyiqi artırmağa, sanksiyalar və lazım gəldikdə daha geniş tədbirlər tətbiq etməyə hazırdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.