AZ

"Çelsi" Dieqo Jotanın ailəsinə yardım edəcək

"Çelsi" komandanın Klublararası Dünya Çempionatında qazandığı qələbədən əldə edilən bonusların bir hissəsini "Liverpul"un mərhum futbolçusu Dioqo Jota və onun qardaşı Andre Silvanın ailəsinə bağışlayacaq.

Operativ Media xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.

Ümumilikdə London klubu turnirin qalibi olduğu üçün 15,5 milyon dollar alıb. İyulun 13-də “Çelsi” finalda PSJ-ni məğlub edib (3:0).

İyulun 3-də İspaniyada 28 yaşlı Jota və onun 25 yaşlı qardaşı yol qəzasında həlak olublar.

Qəzanın səbəbləri ilə bağlı ilkin qənaətə görə, Jotanın idarə etdiyi avtomobil sürət həddini aşıb. Ötmə zamanı avtomobilin təkəri partlayıb, bundan sonra futbolçu idarəetməni itirib.

Seçilən
53
operativmedia.az

1Mənbələr