AZ

Putin və Trampın Alyaskada hərbi bazada görüşünün proqramı razılaşdırılıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın ABŞ Hərbi Hava Qüvvələrinin Alyaskadakı Elmendorf-Riçardson bazasında keçiriləcək görüşünün proqramı razılaşdırılıb.
 
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov brifinqdə çıxışı zamanı məlumat verib.
 
Məlumata görə, liderlərin görüşü Moskva vaxtı ilə saat 22:30-da (Bakı vaxtı ilə 23:30 - red.) tərcüməçilərin iştirakı ilə təkbətək söhbətlə başlayacaq.
 
Görüşə hazırlıq intensiv şəkildə aparılır və son mərhələyə qədəm qoyub.
 
"Rusiya və ABŞ prezidentlərinin görüşünə hazırlıq son mərhələyə daxil olub. Görüşün cəmi beş gün əvvəl, yəni ötən cümə günündən şənbə gününə keçən gecə elan edildiyini nəzərə alsaq, hər şey intensiv şəkildə həyata keçirilir, bir çox texniki məsələlər, o cümlədən viza məsələləri həll olunur. Və əlbəttə ki, ilk növbədə sammitin siyasi komponentlərinin aktiv şəkildə işlənib-hazırlanması üzərində iş aparılır", - deyə Uşakov qeyd edib.
 
Görüşdən sonra Putin və Tramp KİV üçün birgə mətbuat konfransı keçirəcəklər.
 
Putin və Trampın nümayəndə heyətləri çərçivəsində danışıqları "5-in 5-ə" formuluna əsasən aparılacaq.
 
Lavrov, Uşakov, Belousov, Siluanov və Dmitriyev Rusiya nümayəndə heyətinin tərkibinə daxil edilib.
 
Putin-Tramp sammitinin mərkəzi mövzusu Ukrayna böhranının həlli olacaq, lakin digər mövzulara da toxunulacaq.
Seçilən
6
1
moderator.az

2Mənbələr