AZ

İran Təhlükəsizlik Şurasının katibi səfərə getdiyi ölkəni qarışdırdı

BAKI, 14 avqust. TELEQRAF

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Livana səfəri və bununla bağlı X sosial şəbəkəsində paylaşımı qalmaqala səbəb olub.

Teleqraf xəbər verir ki, o, paylaşımında dolayı yolla Livan hökumətini ABŞ-nin planı üzrə hərəkət etməkdə ittiham edib.

“Livanın işlərinə qarışmaq? Mən İranın milli təhlükəsizlik rəsmisiyəm və açıq deyirəm: İranın heç bir ölkənin, o cümlədən Livanın işinə qarışmaq niyyəti yoxdur. Livanın işlərinə qarışan kimdirsə, min kilometrlərlə uzaqdan (ABŞ-ni nəzərdə tutur – red.) plan və cədvəl verən də odur. Biz sizə bir plan verməmişik”, - Laricani bildirib.

Livanlı sosial media istifadəçiləri Laricaninin paylaşımını və bəyanatlarını ölkənin müstəqilliyi və suverenliyinə xəyanət kimi qiymətləndiriblər.

Təkcə Laricaninin bəyanatları yox, iş qrafikinin məhdud olduğunu və buna görə də onunla görüşmədiyini bəyan edən Livan xarici işlər naziri Yusif Rəcəvinin İran rəsmisinə verdiyi cavabında işlətdiyi bu sözləri də müzakirə mövzusuna çevrilib: “Vaxtım olsa belə, onunla görüşməzdim”.

Livan prezidenti Cozef Aun isə İran Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşündə deyib: “Livan öz suverenliyi çərçivəsində İranla əməkdaşlıq etmək istəyir, amma onun daxili işlərinə hər hansı müdaxiləni rədd edir”.

Aun əlavə edib ki, bəzi İran rəsmilərinin son ritorikası faydasızdır.

Seçilən
32
1
teleqraf.com

2Mənbələr