AZ

NAZİR: “Azərbaycandan keçən yollar Ermənistan üçün açılır”

“ABŞ-də imzalanan sənədlər nəticəsində blokadanın götürülməsi ikitərəfli proses olduğundan Azərbaycandan keçən yollar Ermənistan üçün açılır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu avqustun 14-də jurnalistlərlə söhbətində Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan deyib.

O əlavə edib ki, hazırda bu yollar hələ açılmayıb, ona görə də Ermənistan vətəndaşları üçün bu yollarla hərəkət etmək mümkün deyil.

“Lakin biz onların Ermənistanın bütün vətəndaşları üçün əlçatan olması istiqamətində sürətlə irəliləyirik”, - deyə rəsmi əlavə edib.

Xudatyan əmin edib ki, ABŞ-də imzalanmış sənədlər nəticəsində Ermənistan öz ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini qoruyaraq bağlanmamış yollar alır və bunu Ermənistan dövlətinin inkişafında çox mühüm amil adlandırıb.

O, prosesin birtərəfli ola biləcəyindən narahat olmadığını izah edib. Nazir əmin olduğunu bildirib ki, sənəddə bu cür narahatlıqları aradan qaldıran qarşılıqlılıq prinsipi aydın şəkildə müəyyən edilib.

“İmzalanmış sənədlər ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə əməl olunmasının təminatıdır”, - deyib.

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr