AZ

300-ə yaxın bolqar Bakıya gəldi

Sofiyanın "Levski" komandası bu gün Bakıda "Sabah"a qarşı oyunda dəstəksiz qalmayacaq. Komandanı 300-ə yaxın azarkeş dəstəkləyəcək.

Herbiand.az xəbər verir ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin bu matçını izləmək üçün Bolqarıstandan Azərbaycana 300-ə yaxın azarkeş gəlib. Bu haqda bolqar mediası məlumat yayıb.

Onlardan bəziləri komanda ilə çarter reysi ilə, bəziləri isə özləri ayrıca İstanbuldan keçməklə Azərbaycan paytaxtına səfər ediblər.

Xatırladaq ki, Masazır qəsəbəsində keçiriləcək "Sabah" - "Levski" oyunu saat 20:00-da başlanacaq. İlk matçda bolqarlar 1:0 hesabı ilə qələbə qazanıblar.

Seçilən
21
4
herbiand.az

5Mənbələr