Bakı. Trend:
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığortamexanizmi çərçivəsində yonca sahələrinin sığortalanmasına startverilib.
Trend xəbər verir ki, bu barədə KəndTəsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yonca Azərbaycanda ən kütləvi şəkildə əkilən yembitkisidir. Son məlumatlara görə, ölkəmizdə 87 min nəfərə yaxınfermer tərəfindən 145 min hektar ərazidə yonca əkilir.
Yonca ən çox Qarabağ (37 min hektar), Mil Muğan (36 min hektar)və Mərkəzi Aran (29 min hektar) iqtisadi rayonlarında əkilir. Yembitkisinin ən çox əkildiyi rayonlar Ağcabədi (14,2 min hektar),Beyləqan (13,5 min hektar), Bərdə (11,5 min hektar), Yevlax (8,7min hektar) və İmişlidir (8,6 min hektar).
Böyük tələbatın olması və ildə bir neçə dəfə məhsul verməsiyoncanı iqtisadi cəhətdən əlverişli və fermerlər üçün qazanclıbitkiyə çevirib. Bununla yanaşı, yonca təbiət hadisələri, vəhşiheyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri kimi hallara qarşıhəssas bitki sayılır.
Aqrar Sığorta Fondu yonca bitkisini çoxsaylı risklərdən, ocümlədən təbiət hadisələri, dolu, fırtına, qasırğa, normadan artıqqar yağıntıları, sel-subasma, torpaq sürüşməsi, vəhşi heyvanlarınhücumu, 3-cü şəxsin hərəkəti və sair hadisələrdən sığortalayır.
Yonca sahəsinin sığortası nə vaxt biçilməsindən asııl olmayaraq,il ərzində əkin sahəsindən toplanan bütün məhsulu əhatə edir.Fermer məhsulu bəyan edərkən sahədən gözlənilən məhsulun çəkisinivə gözlənilən satış qiymətini qeyd edir. Bununla da əkin sahəsindənfermerin gözlədiyi gəlir məbləği formalaşır. Bu məbləğ və əkinsahəsinin yerləşdiyi region üzrə sığorta tarifi nəzərə alınaraqsığorta haqqı hesablanır.
Qaydalara görə, sığorta haqqının yarısı dövlət tərəfindənödənilir.
Mil Muğan regionunda 1 hektar yonca sahəsindən 200 sentnerməhsul, 1 sentnerin qiyməti 20 AZN proqnozlaşdırılır. Bu halda, 1hektar sahədən gözlənilən məhsulun ümumi dəyəri 4000 AZN təşkiledir. Region üzrə sığorta tarifinin 1,52% olduğunu nəzərə alanda,bu yonca sahəsinin sığortalanması üçün ümumi sığorta haqqı 60,8 AZNtəşkil edir. Həmin məbləğin 50 faizi dövlət tərəfindən ödənilir,nəticədə fermer cəmi 30,4 manat ödəniş etməklə 1 hektar yoncasahəsini sığortalaya bilər.
Fermerlər Fondun 1651 Çağrı Mərkəzinə müraciət etməklə yoncasahələrini çoxsaylı risklərdən sığortalaya bilərlər.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri vətarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosialşəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqəsaxlamaqla əldə etmək olar.