AZ

Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib

Bakı. Trend:

Mobil operator müştəri məmnuniyyəti üzrə beynəlxalqstandartlardan üstün nəticələr əldə edib.

2025-ci ilin ilk altı ayı ərzində “Azercell Telekom”un müştərixidmətləri kanalları üzərindən 2,5 milyondan çox müraciət qeydəalınıb. Bu dövrdə Telefon Mərkəzinə 1.5 milyona yaxın zəng daxilolub. Onlayn Müştəri Xidmətləri isə ümumilikdə 400 min sorğunucavablandırıb. Bu sorğuların 224 mini şirkətin “Facebook”,“Instagram”, “LinkedIn”, “X” və “TikTok” sosial media hesablarıvasitəsilə qeydə alınıb. Eyni zamanda, Azercell-in mobil tətbiqinəinteqrasiya edilmiş süni intellekt əsaslı “AI Chat Bot” 800 minəyaxın müraciəti emal edib.

Telefon Mərkəzinə daxil olan zənglərin ortalama cavablandırılmamüddəti 2 dəqiqə 45 saniyə təşkil edib ki, bu da 6-7 dəqiqəlikbeynəlxalq standart ilə müqayisədə təqribən iki dəfə qısadır.Sorğular əsasən internet paketləri, nömrə ilə bağlı əməliyyatlar,balans və ödəniş məsələləri, tarif planları və digər xidmətləriəhatə edib.

Azercell-in Azərbaycan dilində tam spektr xidmət göstərən süniintellekt əsaslı ilk virtual assistenti olan “Aicell” də artıqmüştəri məmnuniyyətinə öz töhfəsini verir. Belə ki, TelefonMərkəzinə müraciət etmiş müştərilərin 84%-in sorğusu “Aicell”tərəfindən emal edilib. Məlumatlandırma, xidmətlərinaktivləşdirilməsi və deaktivləşdirilməsi daxil olmaqla, 10istiqamət üzrə xidmət göstərən virtual assistent Mərkəzə daxilolmuş zənglərin 17%-ni müstəqil şəkildə cavablandırıb, digərsorğuları isə aidiyyəti üzrə yönləndirib.

Ötən ilin dekabr ayında “Azercell” mobil tətbiqində istifadəyəverilən “AI Chat Bot” isə istifadəçilərin istəklərini 90%dəqiqliklə anlayaraq onların 68%-ni birbaşa cavablandırıb. 24/7rejimdə fəaliyyət göstərən bu rəqəmsal həll digər sorğuları OnlaynMüştəri Xidmətlərinə yönləndirib.

Bu nəticələr Azercell-in yüksək xidmət keyfiyyətini vəinnovasiyalara əsaslanan müştəri yönümlü yanaşmasını əks etdirir.Belə ki, Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyətiindeksi 93, 2% ilə qəbul edilmiş beynəlxalq standartdan (85%) üstünolub.

Azercell-in təqdim etdiyi xidmətin yüksək keyfiyyətinin daha birgöstəricisi mobil operatorun əldə etdiyi beynəlxalq uyğunluqsertifikatıdır. Cari ilin aprel ayında “TÜV Austria Azərbaycan” MMCtərəfindən həyata keçirilən keyfiyyət auditinin nəticəsi olaraq,Azercell ISO 10002:2018 (Keyfiyyətin idarə olunması — Müştəriməmnuniyyəti – Müəssisələrdə şikayətlərin emalına dair təlimatlar)beynəlxalq standartına uyğunluq sertifikatına layiq görülüb. Busertifikat müştərilər tərəfindən irəli sürülən təklif və şərhlərindiqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinindavamlı təhlilini təmin edən şirkətlərə verilir.

Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də (012)4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 4905252(Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə 7/24rejimdə müraciət etmək mümkündür.

Məqalədə:
Seçilən
65
16
az.trend.az

10Mənbələr