Cebheinfo saytına istinadən ain.az xəbər verir.
Zaqatalada narkotiklərin qanunsuz qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 33 yaşlı Vüsal Yusifov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, rayon polis şəbəsi əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılan şəxsdən 10 kiloqramdan artıq marixuana aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Yusifov barəsində həbs qətimkan tədbiri seçilib.
"Cebheinfo.az"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.