Milli Məclisin keçmiş deputatı Etibar Əliyev öz “Facebook” hesabında Tibb Universitetində tədris edilən “Tibb” ixtisası üzrə illik ödənişin artırılmasını tənqid edib.
Yenisabah.az xəbər verir ki, o, qeyd edib ki, bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir:
“İndi oxudum ki, Tibb Universitetində “Tibb” ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb. Yəni 6500 manat olub. Marqarita pizza
Səmimiyyətimə inanın Gərayın, Teymurun, Vüqarın əziz canı üçün (mən humanist adamam, onların ölmüşünə demirəm) indiki keyfiyyətdə olan tibb təhsilinin haqqı 1000 manatdan çox ola bilməz… Bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir. Onları təhsil hüququndan məhrum etmək və banklara təslim etməkdir.
Əkələr, gedin klinikalardan gələn milyonlardan müəllimə əmək haqqı verin. Kasıbı borca salmayın…”
Qeyd edək ki, 2025–2026-cı tədris ili üçün Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb. Ötən il bu ixtisas üzrə ödəniş 4500 manat olduğu halda, bu il məbləğ 6500 manata yüksəlib. Həmçinin Stomatologiya ixtisasının da məbləği eyni miqdarda artıb.
Nazim Hacıyev
Telegram kanalımız