ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyalı mütəxəssis Luis Enrike məşqçilik karyerasında 17-ci kubokunu qazanıb.
Yeniavaz.com xəbər verir ki, onun rəhbərliyi altında PSJ klubu London “Tottenhem”ini penaltilər seriyasında (2:2, penaltilərdə 4:3) məğlub edərək, ilk dəfə UEFA Superkubokunu qazanıb.
Həmçinin, PSJ-nin sükanı arxasında Luis Enrike hər biri iki dəfə olmaqla Fransa çempionluğu, Fransa kuboku və Fransa Superkubokunun qalibi olub. O, həmçinin, PSJ ilə UEFA Çempionlar Liqasını qazanıb.
Kataloniya “Barselona”sının sükanı arxasında isə Luis Enrike İspaniya çempionluğu (2 dəfə), İspaniya kuboku (3 dəfə), İspaniya Superkuboku, UEFA Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Kuboku olmaqla 9 kubok qazanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.