Podqoritsa, 14 avqust, AZƏRTAC
Monteneqroda meşə yanğınları ilə mübarizə aparılır.
AZƏRTAC xəbər verir ki, hazırda paytaxt Podqoritsa ətrafında bir neçə yerdə yanğınlar davam edir. Biyelo Polye, Nikşiç, Qornya Mrka, Petroviçi, Kuçki, Tuzi, Danilovqrad və Topolovoda da aktiv yanğınlar var.
Yanğınla mübarizə tədbirlərinə Monteneqrodan 86, digər ölkələrdən isə 100-dək yanğınsöndürən, eləcə də 7 təyyarə və 31 texnika cəlb olunub. Bosniya və Herseqovina, Macarıstan, Serbiya, Xorvatiya və Avstriyadan göndərilən helikopterlər də ərazidədir.
Əməliyyatlar zamanı iki yanğınsöndürən xəsarət alıb.
Monteneqro hökumətinin yanğınlardan zərər çəkənlərə maddi yardım göstərəcəyi bildirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa