Məşhur amerikalı reper Lil Pump (əsl adı Qazzi Qarsia) avtomobil qəzasına düşüb.
Milli.Az xəbər verir ki, 24 yaşlı ifaçı maşın aşdıqdan sonra pəncərəni sındıraraq sağ çıxıb.
Reper Instagram-da bildirib ki, qəza ad günündən bir neçə gün əvvəl baş verib və ölümdən bir addım uzaqda olub:
"Tanrı var! Sağlamlıq sərvətdir. Pəncərəni sındırmasaydım, indi sağ olmazdım" .
Hadisədən sonra Lil Pump ad günü planlarını dəyişərək kilsəyə gedəcəyini açıqlayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)