AZ

Ashley Roberts Türkiyə tətilində görün nə hala düşdü

Ashley Roberts Türkiyə tətilində görün nə hala düşdüBir vaxtlar dünyanın ən məşhur musiqi qruplarından olan Pussycat Dolls-un keçmiş üzvü, ingilis müğənni və aparıcı Ashley Roberts Türkiyədə tətil edərkən yaşadığı günəş yanığı ilə diqqət çəkib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Fəthiyyədə isti havadan zövq alan 43 yaşlı sənətçi, mavi bikinisi ilə günəş altında çox vaxt keçirdiyi üçün qıç və omba nahiyəsində yanıq əmələ gəlib. Roberts, 718 min izləyicisi olan Instagram hesabında çəkdiyi videoda bikinisinin alt hissəsini qaldıraraq yanmış dəri ilə təbii dərisi arasındakı fərqi göstərib. "İlk gün, amma heç vaxt dərs almıram" deyən müğənni, ağrısını isə zarafatla "Çox istiyəm" sözləri ilə ifadə edib.

Yeni kitabı "Breathwork: Techniques for Better Mental, Emotional and Physical Health"-in təqdimatını başa vurduqdan sonra yaxın dostu ilə birlikdə Türkiyəyə gələn Roberts, tətil öncəsində verdiyi müsahibələrdə sağlam həyat tərzindən və keçmişdə yaşadığı sağlamlıq problemlərindən danışıb.

O, xüsusilə Pussycat Dolls dövründəki intensiv iş qrafikinin sağlamlığına ciddi zərər verdiyini vurğulayıb. 2005-ci ildə çıxan ilk albomla qlobal məşhurluq qazanan qrupun bir gün ərzində üç fərqli ölkədə səhnəyə çıxdığını deyən Roberts, həmin illərdə artrit, zona, ekzema, mədə xorası və güclü baş ağrılarından əziyyət çəkdiyini bildirib. "Bədənim artıq tab gətirmirdi, amma xəstəxanada olsam belə konsertləri buraxmaq istəmirdim" sözləri ilə o dövrün çətinliklərini xatırladığını qeyd edib.

Seçilən
59
sonxeber.az

1Mənbələr