Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycanda bəzi valideynlər qız övladlarını hələ yetkinlik yaşına çatmadan nişanlayır. Xüsusilə kənd yerlərində rast gəlinən bu hallar təkcə qızların təhsil hüququnu əlindən almır, həm də onların gələcək həyatına ağır zərbə vurur. Mütəxəssislər bildirirlər ki, məcburi nişanlanma və erkən evliliklər bəzən itkin düşmə halları ilə də nəticələnir.
Məlumdur ki, Azərbaycan qanunvericiliyinə görə evlilik yaşı 18-ə bərabərdir. Lakin bəzi valideynlər xüsusilə də qız övladlarına həddi-büluğa çatmadan nişanlayır, rəsmi nikah üçün isə 18 yaşın tamam olmasını gözləyirlər.
Bəs bu cür valideynlərə qarşı hansı tədbirlər görülür?
Turkustan.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zülfiyyə Sadıq Bizim.Media-ya açıqlamasında bildirib ki, problemin qarşısını almaq üçün son illər qanunvericilik sərtləşdirilib, eyni zamanda maarifləndirmə tədbirləri genişləndirilib:
"2024-cü il iyunun 28-də qəbul edilən və 2025-ci il iyulun 1-dən qüvvəyə minən qanun dəyişikliyinə əsasən, nikah yaşının azaldılmasına dair istisna hallara son qoyulub. Artıq 16 yaşına çatmayan şəxslərin erkən evliliyini təşkil etmək, bu məqsədlə nişan, toy və dini nikah mərasimləri keçirmək, həmçinin bu sövdələşmələrdə iştirak etmək cinayət və inzibati məsuliyyət yaradır. Məsuliyyət yalnız valideynləri deyil, erkən evliliyə razılıq verən yetkin şəxsləri, prosesdə iştirak edən din xadimlərini və hətta hüquqi şəxsləri də əhatə edir", - deyə o bildirib.
Zülfiyə Sadıq bildirib ki, Cari ilin ilk 6 ayında 22 ailəyə səfər edilib, 18 erkən evlilik faktının qarşısı alınıb:
"Dövlət Komitəsi həmçinin qızların təhsil imkanlarını artırmaq üçün layihələr icra edir. 2021-ci ildən Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondu ilə birgə həyata keçirilən "Hənifə Məlikova - Zərdabi" təqaüd proqramı ilə 93 tələbə qıza, Kapital Bank-la birgə həyata keçirilən "Arzumuz var" layihəsi çərçivəsində isə 15 abituriyentə dəstək verilib", - deyə o diqqətə çatdırıb.
Komitənin əməkdaşı eyni zamanda valideynlərə çağırış edib. O vurğulayıb ki, erkən evliliklə mübarizə yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin məsuliyyətidir:
"Yetkinlik yaşına çatmayanlara qarşı valideyn məsuliyyəti artırılmalı, insanlar erkən evliliyə cəza qorxusu ilə deyil, mədəni-hüquqi norma kimi yanaşmalıdır".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.