Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan və Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan körpə və anası bu gün evə buraxılıb.
Bu barədə Viral.az/” target=”_blank”>Viral.az-a TƏBİB-dən bildirilib.
Hazırda hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Körpə sərbəst şəkildə tənəffüs alır, qidalanır və sağlamdır.
Son Yazılar:
- Metroda doğulan körpə və anası evə buraxıldı
- ”Azərbaycanla kommunikasiyaların açılması ilə bağlı işçi qrupları yaradılacaq”
- Ukrayna və Rusiya arasında əsir mübadiləsi olub
Hamiləliyin patologiyası şöbəsində müalicə alan ananın da vəziyyəti müsbət qiymətləndirilir. Tibb müəssisəsində körpəyə lazımi qulluq qaydaları barədə anaya ətraflı məlumatlar verilib.
Xatırladaq ki, 08.08.2025-ci il tarixində saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.
Təcili tibbi yardım briqadası tərəfindən ana və körpəsinə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı yardım göstərilməsi üçün Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.