AZ

Hansı yaşda arıqlamaq daha çətin olur?

Menopozun başlanmasından sonrakı ilk 10 ildə düzgün qidalanma, müntəzəm məşq etmə və qan şəkərinin səviyyəsini düzəltmək şərti ilə uğurlu çəki itirmək mümkündür. Daha gec yaşlarda arıqlamaq çətinləşə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə “Sport Life”a San-Paulu Universitetindən (Braziliya) endokrinoloq Alessandra Raskovski məlumat verib.

Menopoz qadınlarda hormonal səviyyələrin yaşa bağlı azalması və yumurtalıqların reproduktiv funksiyasının "sönməsi" nəticəsində yaranan menstruasiyanın dayandırılmasıdır. Bu dövr adətən 49-52 yaş arasında baş verir.

Doktor Raskovskinin sözlərinə görə, menopoz zamanı hormonal dəyişikliklərin təsiri ilə orqanizmdə yağların paylanması dəyişir. Xüsusilə, artıq yağ yataqlarının qarın bölgəsində cəmləşdiyi mərkəzi piylənmə riski artır.

Həkim qeyd edib ki, bu yaşda arıqlamaq mümkündür, lakin kompleks yanaşma tələb edir. Buraya müntəzəm fiziki fəaliyyət, balanslaşdırılmış qidalanma və zəruri hallarda hormon əvəzedici terapiya daxildir.

"Şəkərli diabet və ya insulin müqaviməti olan qadınların bu vəziyyəti düzəltmək üçün əlavə olaraq dərmanlara ehtiyacı var", - deyə endokrinoloq bildirib.

QAZİLER.AZ

Seçilən
9
qaziler.az

1Mənbələr